Xidmətlərimiz:
1. Biz Sizin şirkəti İnternet şəbəkəsində təmsil edərək, istənilən mürəkkəb saytları yaratamaqla, Sizin bazar seqmentinizi analiz edərək Sizin müştəriləri ona cəlb edilməsinə kimi tam kompleks xidmətləri Sizin diqqətinizə təqdim edirik. Bizimlə iş birliyi yaratmaqla Siz, öz şirkətinizi effektli şəkildə İnternet şəbəkəsində təmsil edərək, yeni şərikləri cəlb etməklə satış bazarınızı genişləndirə bilərsiniz. Biz Sizə İnternet şəbəkəsində hətta məhdud büdcə çərçivəsində belə effektiv biznes üçün optimal strategiya təqdim edə bilərik. Bizim xidmətlərimizin qısa siyahısı: İnternet-konsaltinq, İnternet şəbəkəsində fasiləsiz fəaliyyət strategiyasının hazırlanması, İnternet-saytın konsepsiyasının işlənməsi, saytın hazırlanması və yeniləşməsi, onun yerləşdirilməsi (hostinq), domen adın qeydiyyata alınması, saytın axtarış sistemlərində fasiləsiz fəaliyyəti, müəyyən sahələrə aid aparıcı portallarda saytın reklam edilməsi, təşkilatlara, konferensiyalara istinadların verilməsində yardım edilməsi, İnternetdə aksiyaların təşkil edilməsi. və s. Bütün bunlar haqqında ətraflı “Xidmətlərimiz” səhifəsindən oxuya bilərsiniz.
2. Sizin layihələr üzərində web-dizayn, İnternet-reklamlar və marketinq üzrə ən yaxşı mütəxəssislər işləyəcəklər. Bizim sərəncamımızda yüksək peşəkar analitiklər, dizaynerlər və animatorlar, proqramçılar, tərtibatçılar və kodlaşdırıcılar, marketoloqlar, tərcüməçilər və yazıçılar fəaliyyət göstərir. İşin keyfiyyəti baxımından bütün sahələr, İnternet-layihənin yaradılmasından başlayaraq şəbəkədə fasiləsiz fəaliyyətinə kimi hamısı nəzarətdə saxlanılacaqdır.
3. İşin keyfiyyətinə zəmanət vermək üçün bizə təcrübə və yüksək texnologiya ilə təminatımız imkan verir Bizim mütəxəssislər ən korporotiv saytlar, İnternet-mağaza və kataloqlar, portallar və ticarət meydançaları, istehsalat idarə sistemi və sifariş sistemləri daxil olmaqla 50-dən artıq layihələrin işlərində iştirak etmişlər. Ona görə də biz İnternet-layihələri keyfiyyətli işləyib hazırlayaraq, istənilən mürəkkəblikdə internet-layihəni həyata keçirə bilərik. Saytların fasiləsiz fəaliyyəti baxımından əldə etdiyimiz təcrübələrə əsaslanaraq hazırladığımız layihəyə Sizin auditoriyanın ticarət xidmətində maraqlı olan müştərilərin müraciətlərinin sayının artırılmasına zəmanət veririk.
4. Adekvat əməyin qiymətləndirilməsi üçün optimal biznes Bakı şəhəri üzrə orta qiymətlərdən də aşağı qiymətləri Sizə təklif etməyə imkan verir. Əgər Siz bizimlə əməkaşlıq etmək qərarına gəlmişsinizsə, onda biz Sizin saytınızın bütün komponentlərinin qiymətləri haqqında Sizə ətraflı məlumat verə bilərik. Layihənin qiyməti əlbəttə ki, işin həcmindən asılı olacaqdır. Biz həmişə yüksək olmayan qiymətlərlə yüksək keyfiyyətli işlər təklif edirik.
5. Siz ancaq nə əldə etmək istəyirsinizsə, yalnız onun üçün ödəniş edirsiniz. Sizin layihəni qiymətləndirdikdən sonra biz, işin həcminə görə şərtləşmə qiymətini söyləyirik. Bu qiymət Sizin saytın tam hazır olub fəaliyyət göstərməsinə kifayət edir, lakin hər hansı nəzərdə tutulmayan işlər hesabına Sizin öz büdcənizi artırmaq istəyiniz istisna deyil. Lakin qeyd etmək lazımdır ki, əgər layihənin işlənib hazırlanması zamanı Siz saytın strukturunu, bölmələrini və ya dizaynını ilkin razılaşmada nəzərdə tutulmayan şərtlərlə dəyişmək istəsəniz, onda sözsüz ki, bu büdcənin artmasına gətirib çıxaracaq.
6. Siz özünüz kənar xərclərə ehtiyac olmadan belə Saytınızı yeniləşdirə bilərsiniz: Əksər hallarda biz öz müştərilərimizə təkidlə saytda məlumatların sərbəst yerləşdirilməsini, xəbərlərin yeniləşməsini, bir düyməni basmaqla saytda qiymətin dəyişməsini, müxtəlif materialların daxil edilməsini və s. məsləhət görürük. Biz hesab edirik ki, Sizin mütəxəssislər Sizin iş yaradıcılığınızın spesefik xüsusiyyətlərini əla bildiklərindən yeniləşmənin öhdəsindən çox gözəl gələ bilərlər. Beləliklə qərara alınmış nəticəni təqdim edərək biz güman edirik ki, Siz özünüz saytda materialları dəyişməklə öz pullarınızı əlavə yerə xərcləməli olmayacaqsınız. Lakin əgər Siz özünüz saytın məzmunu ilə məşğul olmaq arzsunda deyilsinizsə və ya Sizin mütəxəssislərin buna vaxtı yoxdursa, onda məmuniyyətlə Sizin saytda materialların hazırlanması və yerləşdirilməsi xidmətlərini yerinə yetirməyə hazırıq.
7. Biz hər hansı bir layihəni yerinə yetirərkən, əlbəttə ki, Sizin istəkləriniz çərçivəsində, bizim mütəxəssislər tərəfindən tam sənədlər toplusunu - təkliflərimizin bütün detallarını nəzərə alaraq texniki və dizayn tapşırıqlarını tərtib edirik. Lazım olduqda saytın idarə edilməsi üçün rəhbərlik, spesifikasiya sənədləri və başqa sənədlər də hazırlanır.
8. Biz yerinə yetirdiyimiz bütün işlərə zəmanət veririk. Biz, tərəfimizdən hazırlanmış istənilən layihəyələrə 6 ay müddətindən az olmayaraq zəmanət veririk. Bu o deməkdir ki, yarim il ərzində biz əvəzsiz (təmənnasız) olaraq düzəldirik:
a) hazırlanmış layihənin texniki tapşırıqlarında aşkar edilmiş uyğunsuzluğu;
b) bizim tərəfimizdən hazırlanmış proqram təminatında üzə çıxan istənilən səhvləri.
9. Müştərilərə verilən bonuslar. Biz müştərilərimizin hamısına müxtəlif bonuslar təklif edirik. Xüsusilə biz domen adların qeydiyyata alınması xidmətinə görə haqq götürmürük (müştəri ancaq müəssisəyə-reqistratora ödəniş edir). Hazırlanmış bütün layihələrdə axtarış sistemləri üçün hər dəfə əlavə tədbirlərə ehtiyac olmadan Sizin saytınıza müraciət zamanı Sizin sözlərinizin sorğusuna əsasən yaxşı nəticələrə nail olmaq üçün səhifələrin ilkin optimallığını yoxlayırıq.
Əlbəttə biz bonus banner reklamını gündəlik 700-1000 fərdi istifadəçisi olan rabita.az səhifəsində və öz “Web-dizayn” ana layihəmizdə yerləşdirmək imkanını da yaradırıq. Bizim xidmətlərimiz haqqında ətraflı “Xidmətlərimiz” səhifəsindən oxuya bilərsiniz. Siz bizimlə “Əlaqə” səhifəsilə əlaqə yarada bilərsiz. |